Süveyş kanalının illik gəliri açıqlanıb: 9,4 milyard dollar

Süveyş kanalının illik gəliri açıqlanıb:  9,4 milyard dollar backend

Dəniz nəqliyyatı Misirdə Süveyş kanalında həyata keçirilir. Sürətli və təhlükəsiz səyahət vəd edən kanal dünyada böyük logistik əhəmiyyətə malikdir.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, kanal Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir.

Misirdə Süveyş kanalının 2022-2023-cü illər üçün illik gəliri əvvəlki dövrlə müqayisədə 35 faiz artaraq 9,4 milyard dollara çatıb.

Kanal Administrasiyasının rəhbəri Usamə Rabi Süveyş kanalının illik gəliri və kanalın cənub hissəsinin inkişafı ilə bağlı mətbuata açıqlamalar verib.

Süveyş kanalının gəlirlərinin keçən ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını vurğulayan Rabi, kanalın tarixində ilk dəfə olaraq illik gəlirinin 9,4 milyard dollara çatdığını bildirib.

Süveyş kanalının cənub hissəsindəki layihənin ilin sonuna qədər tamamlanacağını qeyd edən Rabi, bu layihə ilə kanalın yeni hissəsinin uzunluğunun 72 kilometrdən 82 kilometrə çatdırılacağını da qeyd edib.

QAZİLER.AZ

Diaspora