Rusiya WWF-nin ölkədə fəaliyyətini qadağan edib

Rusiya WWF-nin ölkədə fəaliyyətini qadağan edib backend

Moskva dünyanın ən böyük vəhşi təbiəti mühafizə təşkilatının Rusiyada fəaliyyətini qadağan edib.

APA Politico-ya istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu bu gün yaydığı bəyanatda Ümumdünya Vəhşi Təbiət Fondunu (WWF) "Rusiya Federasiyası ərazisində arzuolunmaz" elan edib.

Rusiya rəsmilərinin sözlərinə görə, "WWF-nin təşəbbüsləri enerji, neft və qaz sənayesi ilə məşğul olan, həmçinin faydalı qazıntı yataqlarının və qiymətli metalların işlənməsi ilə məşğul olan Rusiyanın iri müəssisələrinə qarşı yönəlib".

Qərarda deyilir: "WWF Arktikanın sənaye inkişafının qarşısını almaq və Arktika ərazilərində təbii ehtiyatlardan istifadənin qarşısını almaq üçün fəaliyyətlər həyata keçirir". Rusiya təşkilatın ABŞ-ın Rusiyanın uzaqdakı ərazi sularına nəzarəti ələ almasına kömək etmək planının bir hissəsi ola biləcəyini iddia edir. İddialar üçün heç bir sübut təqdim edilməyib.

Qeyd edək ki, Moskva bu ilin əvvəlində "Greenpeace" və Norveç ətraf mühit qrupu "Bellona"nı da Rusiyada "arzuolunmaz" elan edib.

Diaspora