NATO-ya üzvlük prosesində olan İsveç Türkiyənin qərarını gözləyir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsveç xarici işlər naziri Tobias Billstörm, “İsveç Ankaranın tələb etdiyi bütün öhdəlikləri yerinə yetirdi. Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsinin vaxtı çatıb", - deyib.
Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyən Türkiyə İsveçin terrorla mübarizə mövqeyini izləyir...
Türkiyə PKK-nın fəaliyyətini tam məhdudlaşdırmayan İsveçdən daha sərt tədbirlər görməsini istəyir.
İndi bütün gözlər Türkiyədədir...
Bu çərçivədə İsveç iyunun 1-də terror təşkilatlarına üzvlüyü cinayət hesab edən qanun qəbul edib.
İsveç xarici işlər naziri Tobias Billstörm proseslə bağlı açıqlamalar verib.
Billstörm: “İsveç Ankaranın istədiyi bütün öhdəlikləri yerinə yetirdi. Bizdən nə tələb olunursa, onu da etdik. İndi TBMM İsveçin NATO üzvlüyünün ratifikasiyası prosesinə başlamalıdır”, - deyib.
İsveçin üzvlüyünün iyul ayında Vilnüsdə keçiriləcək NATO Sammitində təsdiqlənəcəyinə ümidli olduqlarını ifadə edən Billstörm, əks halda "B Planı"nın olmadığını bildirib.
QAZİLER.AZ