Ölkədəki Antiterror Xidməti göstəriş alınacağı təqdirdə istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraq Terrorla Mübarizə Xidməti terror təşkilatı PKK ilə mübarizə ilə bağlı açıqlamalar verib.
Xidmətin rəhbəri Əbdülvahap əs-Saadi bu istiqamətdə xidmətə hazır olduqlarını bildirib.
Saadi Bağdadda rəhbərlik etdiyi xidmətin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
İraqın şimalında terror təşkilatı PKK-ya qarşı əməliyyat təşkil edib etməyəcəkləri sualına Sədi: "Terrorla Mübarizə Xidməti olaraq istənilən terror təşkilatına qarşı mübarizəyə hazırıq" deyib.
Sədi çıxışını belə davam etdirib:
"Bu məqamda Silahlı Qüvvələrin rəhbəri və baş nazir Sudani göstəriş verərsə, istənilən tapşırığı (PKK-ya qarşı əməliyyatı) yerinə yetirməyə hazırıq. Terrorla Mübarizə Xidməti İraqın bütün şəhərlərində yerləşir".
İraq Kürd Regional Rəhbərliyinin peşmərgə qüvvələri ilə əməkdaşlığa toxunan Saadi, Ərbil və Süleymaniyyədə Terrorla Mübarizə Xidmətinin hərbi alayının yaradıla biləcəyini bildirib və deyib:
"Ərbildən 40 terrorçu təslim aldıq. Kürdüstan regional idarəsində davam edən əməliyyatlarımızda Ərbil və Süleymaniyyə ilə yüksək koordinasiya içərisindəyik.
QAZİLER.AZ