Sentyabrın 23-də Rusiyanın paytaxtı Moskva şəhərində 10 il davam edən miqyaslı rekonstruksiyadan sonra Avropanın ən iri məscidi fəaliyyətə başlayır.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, məscid kompleksi 20 min kvadratmetr sahəni əhatə edir. Burada eyni zamanda 10 min insanın ibadət etməsi mümkündür.Altı mərtəbəli məscid binası liftlərlə və fiziki imkanları məhdud insanlar üçün lazımi avadanlıqlarla təchiz edilib. Divarları xüsusi naxışlarla işlənən binanı əsas qübbə, iki iri və bir kiçik minarə, həmçinin dörd qüllə bəzəyir.