Misirdə minarəyə çıxaraq intihara cəhd edən gənc 2 nəfər tərəfindən döyülərək aşağı endirilib.
Qaziler.az bildirir ki, Misirdə intihara cəhdin qarşısı maraqlı şəkildə alınıb.
Ölkənin cənubundakı Əl-Feyyum şəhərinin Şenhur kəndində ruhi xəstə olan 27 yaşlı Məhəmməd İbrahim məscidin minarəsinə çıxaraq intihara cəhd edib.
İbrahimi fikrindən daşındırmaq üçün kranın köməyi ilə minarəyə çıxan xilasedicilərin razı salma cəhdləri zamanı minarəyə çıxan iki nəfər İbrahimi döyərək intihara cəhdin qarşısını alıb.
Gənc minarədən endirilərkən ətrafdakılar intihar cəhdinin qarşısının alınmasını alqışlayıblar.
QAZİLER.AZ