ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden vergi pozuntusu ilə bağlı iki halda günahını etiraf edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Delaver ştat məhkəməsinə göndərdiyi və məhkəmə məlumat bazasında dərc olunmuş məktubdan görmək olar.
“Təqsirləndirilən şəxs vergi məlumatı ilə bağlı iki epizod üzrə özünü təqsirli bilməyə razılaşıb”, - Ədliyyə Nazirliyinin sənədində deyilir.
Dərc edilmiş materiallardan məlum olur ki, Hanter Bayden iki halda qəsdən vergi ödəməməkdə ittiham olunur.
Üçüncü ittihama görə, prezident oğlu oktyabrın ortalarında qanunsuz narkotik vasitələrdən istifadə edib, eyni zamanda, üzərində “Kolt” markalı tapança daşıyıb ki, bu da qanun pozuntusudur. Bu hal ilə bağlı Hanter məhkəməöncəsi tədbirlərə razılıq verib.