İncik düşən sərxoş rəfiqələr bir-birinin evini yandırdı

İncik düşən sərxoş rəfiqələr bir-birinin evini yandırdı backend

Rusiyanın Perm vilayətində mübahisə edən iki sərxoş qadın bir-birinin  bir-birinin evini yandırıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Permdə 52 yaşlı və 33 yaşlı yerli sakin olan iki qadın bir-birinin evinə od vurub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Agentliyin məlumatına görə, qadınlar Aspa kəndində birlikdə içki içib və mübahisə ediblər. Münaqişə davaya çevrilib. Yaşca böyük olan rəfiqə benzin şüşəsi ilə digərinin evinə gedərək hamama od vurub, yanğın bütün evə yayılıb. 

Digər rəfiqə də qisas almaq üçün onun evini yandırıb.

Ev yanıb, bütün yardımçı tikililərə ziyan dəyib. Bu halda dəyən ziyan yarım milyon rubl təşkil edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsinin (“Əmlakı qəsdən məhv etmə”) 2-ci hissəsi ilə iş başlanıb. 

QAZİLER.AZ

 

Diaspora