Sürix Muzeyi oğurlanmış rəsmlər haqqında məlumat üçün 11 min dollar mükafat elan edib

Sürix Muzeyi oğurlanmış rəsmlər haqqında məlumat üçün 11 min dollar mükafat elan edib backend

Sürix Kunsthau İncəsənət Muzeyi 17-ci əsr rəsmlərinin kolleksiyaya qaytarılmasına kömək edəcək məlumat üçün 10.000 İsveçrə frankı (11.000 dollardan çox) mükafat təklif edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə iyunun 20-də “Aargauer Zeitung” nəşri yazır.

Oğurlanmış əsərlər - hollandiyalı rəssam Dirk de Brayın “Mərmər stolun üstündə şüşə vazada nərgizlər və digər çiçəklər” (1673) tablolarının yoxa çıxması, həmçinin VII əsrin ortalarına aid  flamand rəssamı Robert van den Hekkin “Düşərgədə əsgərlər” əsərinin itməsi haqqında məlumat cari ilin yanvarında meydana çıxıb.

Polisin fikrincə, kətanlar 2022-ci il avqustun 3-nə keçən gecə baş verən yanğın nəticəsində itə bilər. Həmin vaxtdan binada abadlıq və bərpa işləri aparılıb. Eyni zamanda, polis rəsmlərin oğurlandığını istisna etmir,

Hazırda istintaq  oğurluğun dəqiq şəraiti və səbəblərini müəyyən edir.

İtmiş əsərlərlə bağlı hər hansı bir məlumat üçün 11.000 dollardan çox pul təklif olunub.

QAZİLER,AZ

Diaspora