Evini ət yeməkləri bişirənlərə kirayə vermir

Evini ət yeməkləri bişirənlərə kirayə vermir backend

ABŞ-ın Nyu-York ştatında vegetarian ev sahibi kirayə verdiyi evlərdə ət və balıq məhsullarının bişirilməsini qadağan edib.

Qaziler.az bildirir ki, Nyu-Yorkun Bruklin bölgəsində binanın sahibi yuxarı mərtəbədə yaşadığı mənzildə ətin qoxusundan narahat olduğu üçün kirayəçilər üçün ət və balıq məhsullarının bişirilməməsi qaydası qoyub.

Əmlak agenti Andrea Kelly, ət istehlak edən kirayəçilərə qarşı ayrı-seçkilik qoyulmadığını və istəyənlərin ət bişirmədikləri müddətcə ev kirayə edə biləcəyini ifadə edərək, evin sahibinin kənardan ət yeməkləri sifarişlərini məhdudlaşdırmadığını qeyd edib.

QAZİLER.AZ

 

 

Diaspora