İsrailin baş naziri Benyamin Netanyahu Rusiyanın genişmiqyaslı təcavüzü qarşısında bu ölkəyə dəstəyini ifadə etmək üçün Ukraynaya səfər etməlidir.
RBC-Ukrayna “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu fikri Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
“İnanıram ki, İsrailin baş nazirinin Ukraynaya dəstəyini ifadə etməsinin vaxtı çatıb”, - Yermak israilli jurnalistlərə brifinq zamanı deyib.
Yermak İsraili “Ukrayna ilə yaxşı münasibətləri olan ölkələr arasında ən neytralı” adlandırıb.
"Atası yəhudi olan biri kimi İsrailin buna niyə cavab vermədiyini başa düşə bilmirəm" deyə yermak əlavə edib.
QAZİLER.AZ