Amerika Birləşmiş Ştatları sabah, iyunun 21-də Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatına istinadən xəbər verir.
Çərşənbə və cümə axşamı Londonda Ukraynanın Bərpa Konfransı keçiriləcək, burada 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, habelə biznes liderləri və qlobal investorlar ölkənin bərpasına necə kömək edəcəyini müzakirə edəcəklər.
QAZİLER.AZ