“Rusiya prezidenti Vladimir Putinlə danışıqlar müharibənin başlanmasını bir neçə il ləngitdi”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp “Fox News”a bildirib. O, əmin edib ki, ABŞ prezidenti kimi qalsaydı, Ukrayna hadisələrinin qarşısını almaq olardı.
Tramp Putinlə yaxşı münasibətdə olduğunu da qeyd edib:
“Putinlə çox yaxşı münasibətlərim var. Demək istədiyim odur ki, mən onunla bir müddətdir danışmıram, amma onunla çox güclü münasibətim var idi”, - Tramp bildirib.
Eks-prezident həmçinin qeyd edib ki, o, Putinə Ukraynada müharibənin başlamasının fəlakət olacağını və buna görə çox böyük bədəl ödəməli olacağını deyib.
QAZİLER.AZ