İsrail Sudana humanitar yardım göstərəcəyi ilə bağlı bəyanat yayıb.
Qaziler.az “Mepa News”a istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen iyunun 19-da BMT-nin Sudan və digər region ölkələrinə yardım məqsədilə təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
Kohen bildirib ki, İsrail Sudanda sakitliyin qorunmasına kömək etməkdə qərarlıdır və ölkəsi digər tərəfdaşlarla birlikdə Sudanın ərzaq ehtiyatını və büdcə resurslarını bərpa etmək üçün əməli addımlar atmağa hazırdır.
"İsrail çətin anlarda Sudanın yanındadır" - deyən Kohen, regional inkişaf və sabitlikdə tam tərəfdaş olmaq üçün hərəkətə keçdiklərini bildirib.
Qeyd edək ki, Sudan iki il əvvəl İsraillə normallaşma sazişi imzalamağı qəbul etsə də, razılaşmaya dair tam razılıq əldə olunmayıb.
Son bir neçə ildir ki, Ərəb Birliyi ölkələri İsraillə sülh sazişləri imzalayır. Sudanın bu ölkələrin sonuncusu olacağı gözlənilir.
QAZİLER.AZ