Tayvanda uşaq bağçasında baş verənlər valideynləri ayağa qaldırdı

Tayvanda uşaq bağçasında baş verənlər valideynləri ayağa qaldırdı backend

Tayvanın Yeni Taypey şəhərində yerləşən uşaq bağçası ilə bağlı səsləndirilən iddialar təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bağçanın müəllimləri fenobarbital və benzodiazepin tərkibli öskürək siropları ilə uşaqları sakitləşdirməkdə günahlandırılıb.

Bununla bağlı ailələrin hökumət binaları qarşısında etiraz aksiyaları başlayıb.

Ötən bazar günü isə Yeni Taypey şəhərində yüzlərlə insan polisin istintaqında şəffaflığın artırılmasını tələb edərək nümayiş keçirib.

Bununla yanaşı həkimlərin də uşaqlara uyğun olmayan dərmanlar verdiyi müəyyən edilib.

Valideynlərin artan narahatlığına görə, Taypey Şəhər Xəstəxanası məktəbəqədər uşaqlarda sakitləşdirici dərmanların izini yoxlamaq üçün pulsuz qan testləri təklif edib.

Tayvanlı əczaçı yerli mediaya bildirib ki, nadir hallarda olsa da, bəzi öskürək və mədə-bağırsaq vasitələrinin tərkibində fenobarbital var. Tərkibində fenobarbital olan dərmanlar daha çox epilepsiyanın müalicəsində yaxud cərrahi anesteziya kimi istifadə olunur və onları əldə etmək çətindir.

Benzodiazepinlər isə şiddətli narahatlığı müalicə etmək üçün ən çox istifadə edilən depressiya dərmanları sinfidir.

Dərmanlar yüksək dərəcədə asılılıq yaradır və həddindən artıq dozada yuxululuq və nəfəs darlığına səbəb olur.

QAZİLER.AZ

Diaspora