Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il iyunun 20-də qeyd olunan “Ümumdünya Qaçqınlar Günü” öncəsi transmilli şirkətlər Avropadakı qaçqınlarla bağlı yeni qərar qəbul edib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, məşğulluq proqramı çərçivəsində ən azı 40 transmilli şirkət 3 il ərzində Avropa üzrə 250.000-dən çox qaçqını işə götürməyi və onlara təlim keçməyi öhdəsinə götürüb.
Qərar çərçivəsində “Adidas”, “Amazon”, “Hilton”, “PepsiCo” və “Starbucks” kimi dünya brendləri birbaşa olaraq 13 680-dən çox qaçqını işə cəlb edəcək və 86 000-dən çox insana təlim keçəcək.
ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un İnsan Resursları üzrə meneceri J. Ofori Aqboka ən azı 5 min qaçqını işə götürməyi vəd edərək, qaçqınlara məsləhət, təlim proqramları, qabiliyyət və dil dərsləri daxil olmaqla hər cür dəstəyi verdiklərini söyləyib.
Məşğulluq proqramı çərçivəsində “Marriott” və “Hilton” otel şəbəkələri ayrı-ayrılıqda 1500, “Starbucks” isə 1000 işçini işə götürəcəklərini açıqlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements dünyada 12 milyonu ukraynalı olan 110 milyon insanın məcburi köçkünə çevrildiyini və onların yarısının Avropada yaşadığını qeyd edib.
QAZİLER.AZ