İngiltərədə artan yaşayış xərcləri səbəbiylə maaş artımı tələb edən bir çox fərqli peşə sahiblərinə ruhanilər də daxil olub.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, İngiltərə kilsəsinin təxminən 500 illik tarixində ilk dəfə olaraq ruhanilər rəsmi olaraq maaşların artırılmasını tələb edib.
2000-dən çox din xadimi və kilsə işçilərini təmsil edən həmkarlar ittifaqı “Unite” tərəfindən verilən açıqlamada, 2024-cü ilin aprelindən etibarən din xadimlərinin maaşlarında 9,5 faiz artımın tələb olunduğu bildirilib.
“Unite” din xadimlərinin minimum əmək haqqısının 29,340 funt-sterlinqə qədər artırılmasını təklif edib. İttifaqın baş katibi Şeron Qrem “İngiltərə kilsəsinin bankda milyardları var. Din xadimlərinin maaşları üçün istədikləri məbqul artımı tam qarşılaya bilərlər” deyib.
İngiltərə Kilsəsinin komitəsi maaş artımı ilə bağlı məsləhətləşmək üçün gələn həftə toplanacaq və sonra yekun təklif üçün sentyabr ayında Baş yepiskop Şurası ilə görüşəcək.
QAZİLER.AZ