Çin liderindən ABŞ-a mesaj: Dünya ikimizə yetəcək qədər böyükdür

Çin liderindən ABŞ-a mesaj:  Dünya ikimizə yetəcək qədər böyükdür backend

“Dünya Çin və ABŞ-nin inkişafı və birgə rifahı üçün kifayət qədər böyükdür”.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu sözləri Çin lideri Si Cinpinq ölkəsində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib. Si bəşəriyyətin gələcəyi və taleyinin iki böyük gücün yaxşı keçinməyin yolunu tapmasında olduğunu vurğulayıb.

Çin lideri bildirib ki, beynəlxalq ictimaiyyət Çin-ABŞ münasibətlərinin hazırkı vəziyyətindən narahatdır və iki ölkənin sülh və dostluq şəraitində yaşamasını, iki ölkə arasında münaqişə və ya qarşıdurmanın tərəfi olmamasını istəyir.

Daha sonra Si çinlilərin də amerikalılar kimi ləyaqətli, güvənli və özünü təmin edən bir xalq olduğunu, hər iki xalqın daha yaxşı həyat sürmək haqqı olduğunu deyərək bunları əlavə edib:

“İki ölkənin ümumi maraqları dəyərləndirilməlidir. Çin və ya ABŞ-ın uğuru digəri üçün təhlükə deyil, onun üçün bir fürsətdir”.

QAZİLER.AZ

Diaspora