Braziliyanın Parana ştatında keçmiş şagird məktəbə silahlı hücum edib, bir qızı öldürüb, bir oğlanı isə başından yaralayıb.
Qaziler.az bildirir ki, G1 xəbər portalının iyunun 19-da verdiyi məlumata görə, insident nəticəsində şagirdlərdən biri ölüb.
“Daha bir oğlan başından güllə yarası alıb”, - deyə internet saytında bildirilir.
Zərərçəkmiş hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Polis 21 yaşlı cinayətkarı həbs edib. Hücumun motivləri və bütün şərait müəyyənləşdirilir.
QAZİLER.AZ