“ABŞ hərbçilərimizi yoluxdurmaq üçün dronlar vasitəsilə ağcaqanadlar gətirməyi planlaşdırır”.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bununla bağlı Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ABŞ-nin hərbi bioloji fəaliyyətinə dair sənədlərin təhlili haqqında çıxışı zamanı bildirib.
“Birləşmiş Ştatların yoluxmuş daşıyıcılardan istifadəyə yüksək texniki hazırlığına sübut kimi yoluxmuş ağcaqanadları havada yaymaq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatının patentini göstərmək olar ki, biz bu barədə əvvəllər müzakirələr aparmışıq”, - deyə o qeyd edib.
Kirillov, həmçinin əlavə edib ki, dron həşəratların olduğu konteyneri müəyyən əraziyə çatdırmalıdır.
“Ağcaqanadlar hərbçiləri, məsələn, malyariya kimi təhlükəli infeksiyaya yoluxdura bilər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu halda hərbçinin verilən tapşırıqları yerinə yetirmək qabiliyyəti zəifləyir və ya tamamilə itir.