Qazaxıstanın Uralsk şəhərinin sakini sosial şəbəkədə tanış olduğu qadını ilk görüşdə qarət etdi.
Polisia.kz xəbər verir ki, hadisə iyunun 15-də saat 01:00 radələrində baş verib. Məlum olub ki, 28 yaşlı kişi sosial şəbəkədə tanışlıq saytı vasitəsilə 29 yaşlı qadınla tanış olub. Onların görüşü zamanı şübhəli şəxs zərərçəkmişi bıçaqla hədələyib və ona bədən xəsarəti yetirib. O, qadının əllərini yapışqanla bağlayaraq 100 min tenge (380 manat- red.) pulunu və telefonunu götürüb, daha sonra hadisə yerindən qaçıb.
Kriminal polis bölməsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri təşkil edərək şübhəli şəxsi saxlayıblar. Həmin şəxs nəzarətə götürülüb.
QAZİLER.AZ