Hindistanda həddindən çox olan istilər can almaqda davam edir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, iki ştatda ölənlərin sayı daha çoxdur.
Cənubi Asiya ölkəsində son olaraq 98 olaraq açıqlanan ölənlərin sayı artmaqda davam edir.
Son günlər hökm sürən qızmar istilər səbəbindən Uttar Pradeş ştatında 119, Bihar ştatında isə 47 nəfər olmaqla 166 nəfər həyatını itirib.
Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirdi.
Adityanath elektrik enerjisini israf etməmək üçün vətəndaşları hökumətlə əməkdaşlığa çağırıb.
Hindistan Meteorologiya Vahidi (IMD) Mütəxəssisi Atul Kumar Sinqh, 43,5 dərəcədən aşağı düşməyən temperaturlarla bağlı verdiyi açıqlamada, bu mövzuda səlahiyyətlilərə daha əvvəl xəbərdarlıq etdiklərini ifadə etdi.
Digər tərəfdən Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.
QAZİLER.AZ