Çad ordusunun Sudan sərhədindəki bazaya icazəsiz zirehli maşınla girən fransız əsgərlərini dayandırması görüntüləri Fransa və dünya mediasının gündəminə çevrilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, sosial mediada yayılan görüntülərdə Çad ordusunun əsgərlərinin silah və texnikalarını götürdükləri 5 fransız əsgərini sıraya düzüb oturtduğu görünür.
Çadlı yüksək rütbəli hərbçi telefonla danışaraq, "Bazaya icazəsiz daxil olan və mandatı olmayan fransız əsgərlərini saxlayıb silahlarını götürdüm" deyərək vəziyyəti rəislərinə izah edib.
Videoda tərcüməçi fransız əsgərlərinin ölkənin şərqindəki Abeçe bölgəsindən gəldiyini bildirib.
Çad təhlükəsizlik mənbələri AA müxbirinə bildiriblər ki, fransız əsgərləri zirehli maşınla Sudan sərhədindəki Adre hərbi bazasına missiya icazə sənədləri olmadan daxil olublar.
QAZİLER.AZ