Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van İ Çinin Tayvan məsələsində güzəştə getməyəcəyini deyib.
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ Çinin Tayvan məsələsində güzəştə getməkdən imtina etdiyini açıqlayıb.
Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.
Van İ ABŞ dövlət katibi ilə söhbətində diqqəti Tayvan məsələsinin mahiyyətinin təhlilinə yönəldib və milli birliyin qorunmasının hər zaman Çinin ən mühüm maraqlarından biri olacağına işarə edib.
O: "Çin üçün Tayvan məsələsində heç bir güzəştə yer yoxdur" deyib.
QAZİLER.AZ