Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının aparatında məlumat verilib.
Görüş zamanı prezidentlər Ermənistan-Almaniya çoxsəviyyəli əməkdaşlığın istiqamətləri və imkanları ilə bağlı məsələləri müzakirə ediblər.
Hər iki tərəf Ermənistan və Almaniya arasında müxtəlif beynəlxalq platformalarda səmərəli əməkdaşlığın vacib olduğunu vurğulayıblar.
Söhbət zamanı prezidentlər Cənubi Qafqaz regionunda ümumi vəziyyətə toxunublar.
Vaaqn Xaçaturyan vurğulayıb ki, Ermənistan regionda sabit və davamlı sülhün əldə olunmasına qətiyyətlə sadiqdir və ilkin şərt olmadan qonşuları ilə mehriban qonşuluq və nizam-intizam münasibətləri yaratmağa hazırdır.
Prezident Ştaynmayer Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasını vurğulayıb və bildirib ki, bu, münasibətlərin daha da normallaşması prosesində mühüm addımdır.
Görüşdə həmçinin Ermənistan və Türkiyə arasında dialoqun hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Vaaqn Xaçaturyan bir daha vurğulayıb ki, Ermənistan ilkin şərt olmadan münasibətlərin normallaşdırılması yolu ilə getməyə tam hazırdır.