Polşa Seymi iyunun 16-da Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qətnamə qəbul edib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, qətnamənin lehinə 443 deputat, əleyhinə 2, bitərəf 7 deputat səs verib.
"Ukrayna xalqının fədakarlığını və öz inkişaf yolunu seçməkdə suveren hüququnu nəzərə alaraq, Polşa Respublikasının Seymi Ukraynanın Avropa və Avro-Atlantik istəklərini tam dəstəkləyir", - "Polske Radio" nəşri yazıb.
QAZİLER.AZ