NATO-nun Kosova sülhməramlılarının tərkibində xidmət edən türk əsgərlərinin görüntüləri yayılıb.
Qaziler.az “timeturk.com”a istinadla xəbər verir ki, görüntülərdə Türkiyə əsgərlərinin ölkənin şimalında yerləşən Zubin Potok bələdiyyəsi ətrafına yerləşdirilərək təhlükəsizliyi təmin etdiyi görünür.
Türk əsgərlərinə məxsus zirehli maşınların da bələdiyyə ətrafında hazır vəziyyətdə saxlanıldığı müşahidə edilir.
Qeyd edək ki, Kosovada baş verən hadisələrdən sonra təxminən 500 əsgərdən ibarət türk komando batalyonu Kosovonun cənubundakı Prizrendəki Sultan Murat Kışlası ərazisində yerləşən NATO Müttəfiq Qüvvətlər Komandanlığının tələbi ilə yerləşdirilib.
QAZİLER.AZ