Rusiya Manski və  Şlosberqi xarici agent elan edib

Rusiya Manski və  Şlosberqi xarici agent elan edib backend

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi rejissor Vitali Manskini, politoloq Sergey Aleksaşenkonu və “Yabloko” partiyasının pskov bölməsinin rəhbəri Lev Şlosberqi xarici agentlər siyahısına daxil edib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, siyahıya jurnalist Svetlana Prokopyeva, siyasi fəal Yuliya Paramonova, “Vesma” portalı və Azad Yakutiya Fondu əlavə olunub.

Manski Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, Ukrayna hakimiyyətinə dəstəyini bəyan edib, Rusiya Federasiyası vətəndaşları haqqında mənfi fikirlər səsləndirib və Rusiya Federasiyasını nasist Almaniyası ilə eyniləşdirib. O, qeyri-məhdud insanlar dairəsi üçün xarici agentlərin məlumat materiallarının yaradılmasında iştirak edib, xarici mənbələrdən dəstək alıb”, - Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora