2070-ci ildə Cənubi Koreya əhalisinin təxminən yarısını yaşlı insanlar təşkil edəcək

2070-ci ildə Cənubi Koreya əhalisinin təxminən yarısını yaşlı insanlar təşkil edəcək backend

 Cənubi Koreyanın 2070-ci ildə yaşı 65 və yuxarı olan sakinləri ümumi əhalinin 46,4%-ni təşkil edəcək.

Qaziler.az bildirir ki, Cənubi Koreya Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisi çox aşağı doğum nisbəti fonunda sürətlə qocalır. Yaşlı insanların nisbətinin 2018-ci ildəki 14%-dən 2025-ci ildə 20%-ə çatacağı gözlənilir.

Yaponiya bu səviyyəyə hələ 2004-cü ildə 10 il, Fransa isə 39 il çəkən 2018-ci ildə nail olub.

Hesabata görə, xərçəng və ürək xəstəlikləri 2021-ci ildə yaşlı insanlar üçün ən çox ölüm səbəbi olub.

İqtisadi baxımdan, 2021-ci ildə 65-74 yaş arasında olanların 78,7%-i ya təkbaşına, ya da həyat yoldaşı vasitəsilə gəlir əldə edib. Yaşı 75 və yuxarı olan şəxslər üçün bu pay 46% təşkil edib.

2021-ci ildə 60 yaşlı insanların təxminən 95%-nin internetə çıxışı olduğu halda, 70 və yuxarı yaşda olanlar üçün müvafiq rəqəm 49,7%-dir. Bu, 2015-ci ildən bəri 30%-dən çox əhəmiyyətli artım deməkdir.

Bu ilin mart ayında Cənubi Koreyada cəmi 21 138 uşaq doğulub ki, bu da bir il əvvəlkindən 8,1% azdır. Bu, statistika idarəsinin 1981-ci ildə aylıq məlumat toplamağa başlamasından bəri mart ayı üçün ən aşağı göstəricidir.

Cənubi Koreyada 88 ay dalbadal doğulan uşaqların sayı ildən-ilə azalır.

Diaspora