Stoltenberq səlahiyyətini yeniləyəcəkmi?

Stoltenberq səlahiyyətini yeniləyəcəkmi? backend

Stoltenberq gələcəkdə NATO-nun baş katibi olaraq qalmaq niyyətində olub-olmadığını açıqlayıb.

Yens Stoltenberq deyib ki, mandat başa çatdıqdan sonra NATO-nun baş katibi kimi səlahiyyətlərini yeniləmək istəmir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Brüsseldə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Mən dəfələrlə demişəm ki, səlahiyyətlərimi yeniləmək istəmirəm və indiyədək belə planlarım yoxdur. Bu payızda səlahiyyətlərim bitəndən sonra vəzifəmi tərk etmək istəyirəm", - o, gələn yaya qədər baş katib olaraq qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb.

Qeyd edək ki, Stoltenberq bunu əvvəllər də dəfələrlə bəyan edib. Bununla belə, Alyans Vilnüs sammiti ərəfəsində yeni varislə bağlı razılığa gələ bilməyəcəyindən narahatdır.

QAZİLER.AZ