“Tesla”nın avtopilot sistemi 17 nəfərin ölümünə səbəb olub

“Tesla”nın avtopilot sistemi 17 nəfərin ölümünə səbəb olub backend

İlon Maska məxsus elektrik avtomobil istehsalçısı “Tesla” müxtəlif qəza hadisələri ilə  gündəm olur.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ABŞ təftiş agentlikləri 2016-cı ildən bu yana 10 nəfərin ölümünə səbəb olan 30 “Tesla” qəzası ilə bağlı araşdırmaya başlayıb.

Sürücülər qəzadan sonra “Tesla”nın avtopilot proqramını günahlandırsalar da, İlon Maskın sözlərinə görə, qəzaların səbəbkarı sürücülərdir.

Bundan əlavə, “Tesla” avtomobilin idarə edilməsinin tamamilə avtopilota buraxılmamasını bildirir, çünki avtopilot proqramı hələ gözlənilən nəticələri verməyib

“The Washington Post” qəzeti “Tesla”nın avtopilot sürücüyə yardım sistemi ilə bağlı qəzalar haqqında araşdırma dərc edib.

Tədqiqatlar göstərir ki, 2019-cu ildən bəri “Tesla” avtomobillərinin iştirak etdiyi və qəza zamanı avtopilotun işə düşdüyü 736 hadisə baş verib.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən 2022-ci ilin iyun ayında açıqlanan məlumatlara görə, avtopilot texnologiyası ilə bağlı 3 ölüm qeydə alınıb. Bir il ərzində bu rəqəmlər 17-yə yüksəlib.

QAZİLER.AZ

Diaspora