Məşhur Hollivud aktyoru Arnold Şvartsnegger ABŞ prezidentliyinə namizəd olmaq istəyini açıqlayıb.
O deyib ki, əgər bu ölkədə doğulmuş olsaydı, gələn il ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istərdi.
“Mən bu seçkilərdə necə qalib gələ biləcəyimi elə aydın görürəm ki. Eynilə Kaliforniya qubernatoru postuna namizədliyimi irəli sürdüyüm vaxtlardakı kimi”, - deyə Şvartsnegger bildirib.
Qeyd edək ki, Şvartsnegger Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə namizəd olmaq hüququna malik deyil. Belə ki, ABŞ konstitusiyasına görə, prezidentliyə namizəd həmin ölkə ərazisində doğulmuş olmalıdır.
Şvartsengger 1968-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb və 1983-cü ildə ölkə vətəndaşlığını alıb. 2003-2011-ci illərdə isə o, Kaliforniyanın 38-ci qubernatoru olub.