Fransızlar paytaxt Parisdə meydanlara dolub. Küçələrdə prezident Makron əleyhinə şüarlar səslənib. İnflyasiya qarşısında əriyən maaşların artırılmasını tələb edən nümayişçilər enerji və ilkin tələbat mallarının bahalığına üsyan ediblər.
Qaziler.az bildirir ki, yanacaq böhranının məngənəsində olan fransızlar son illərin izdihamlı etirazlarından birini təşkil ediblər.
Minlərlə nümayişçi enerji və yanacaq böhranı, yaşayış xərcləri və iqlim dəyişikliyindən qəzəblənib.
Etirazçılar maaş artımı tələb edir, çünki enerji və ilkin tələbat mallarının artması yaşayış xərclərini də artırıb.
Etirazçılar həmçinin pensiya yaşının 60-a endirilməsini və iqlim böhranına qarşı təsirli tədbirlərin görülməsini tələb edib.
QAZİLER.AZ