ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib. APA TV-nin “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun nümayəndəsi bildirib. Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl-Türkməni terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl-Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.
Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib. Qeyd edək ki, Pentaqon bundan əvvəl avqustda İŞİD liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyafı öldürüb.