PKK Türkiyənin 4 şəhərində terror törətdi

PKK Türkiyənin 4 şəhərində terror törətdi backend

PKK Terror təşkilatı Türkiyənin bir neçə şəhərində terror hücumları həyata keçirib. APA TV-nin məlumatına görə, ötən gecə Elazığın Karakoçan məhəlləsindəki polis şöbəsinə hücum edən terrorçular iriçaplı avtomat və pulemyotlarla atəş açıblar. Əraziyə cəlb olunan xüsusi təyinatlılar cavab atəşi açıblar. PKK-lılar havanın qaranlıq olmasından istifadə edərək qaçmağı bacarıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

PKK terrorçuları Tuncelidə də məhkəmə binasına hücum ediblər. Terroristlər məhkəmə binasına iriçaplı avtomat və pulemyotlarla atəş açıblar. Türkiyə Silahlı Qüvvələri terrorçuların tutulması istiqamətində əməliyyata başlayıb. Qeyd edək ki, hücum zamanı ölən və ya yaralanan olmayıb.

Daha bir terror hücumu isə Bitlisdə baş verib. Terrorçular Yeşilova məhəlləsindəki bir polis məntəqəsini hədəfə alıblar. Terrorçulara dərhal qarşılıq verilib. Daha sonra ərazidə terrorçuların tutulması üçün geniş hərbi əməliyyata başlanılıb.
Bu hücum nəticəsində də ölən və yaralanan olmayıb.

Mardində bir evə basqın edən terrorçular 50 yaşlı Mahmut Kanat adlı Mardin sakinini öldürüblər. Əraziyə çevik polis qüvvələrinin gəldiyini görən terrorçular qaçaraq ərazidən uzaqlaşıblar.


Diaspora