“Rusiya iyulun 17-nə kimi tam fəaliyyət göstərməsə, taxıl müqaviləsinin müddətini uzatmayacaq”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib. O vurğulayıb ki, dünyanın Rusiya gübrələrinə və Ukrayna taxılından az olmayan buğdasına ehtiyacı var:
"Bir daha qeyd etməliyəm ki, İstanbul “paketi” (sazişlər paketi) iyulun 17-dən əvvəl BMT-nin baş katibinin (Antonio Quterreş) təşəbbüsü ilə işə başlamazsa, o zaman taxıl müqaviləsinin uzadılmasından söhbət gedə bilməz”, - Lavrov deyib.
QAZİLER.AZ