Rusiya məhbusları işlətmək istəyir

Rusiya məhbusları işlətmək istəyir backend

Rusiyanın avtomobil istehsalçısı “Avtovaz” işçi qüvvəsi çatışmazlığını doldurmaq üçün məcburi əməyə məhkum edilmiş məhbusları işə götürməyi planlaşdırır.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Rusiyanın Samara vilayəti üzrə Federal Həbsxana Xidmətindən (FSIN) verilən yazılı açıqlamada “Avtovaz” rəsmiləri ilə görüş keçirildiyi qeyd edilib.

“Avtovaz”ın istehsalını sentyabr ayına qədər 28 faiz, yanvar ayına qədər isə 40 faiz artırmağı hədəflədiyinə diqqət çəkən açıqlamada, "iclasda məcburi əməyə məhkum edilmiş məhbusların işlə təmin olunması da müzakirə olundu" deyilib.

Açıqlamada bildirilib ki, rayonun əmək bazarındakı ağır vəziyyətlə əlaqədar şirkət FSİN təmsilçisindən məcburi əməyə məhkum edilmiş məhbusların işlə təmin olunmasında dəstək istəyib.

QAZİLER.AZ

Diaspora