Taliban administrasiyasının Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Hafiz Ziya Əhməd Takal İranla Əfqanıstan arasında əsir mübadiləsinin gerçəkləşdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, sosial media hesabında açıqlama verib. O, bildirib ki, İrandakı həbsxanalarda olan 180 əfqan Heratdakı İslam Qalası Sərhəd Qapısında onlara təhvil verilib. Takal qeyd edib ki, İran indiyədək 1131 əfqan məhbusu təhvil verib.
İranın rəsmi xəbər agentliyi İRNA-ya açıqlama verən İran Məhkumların Təhvil Komissiyasının sədri Əsgər Cəlaləddin Taliban rəhbərliyinin Əfqanıstan həbsxanalarında olan 3 iranlı məhbusu onlara təhvil verdiyini bildirib.
İRNA-nın məlumatına görə, İrandakı 7000 əcnəbi məhbusdan 6620-si Əfqanıstan vətəndaşıdır.
QAZİLER.AZ