Paris indi də siçanlara məğlub olub

Paris indi də siçanlara məğlub olub backend

Parisdə siçan problemi son aylar pensiya islahatına görə etirazlar çərçivəsində təmizlik işçilərinin işə getməməsi ilə gündəmə gəlib. Siçanların paytaxtda insanların sayından təxminən üç dəfə çox olduğu düşünülür.

Qaziler.az “TRTHaber”ə istinadla xəbər verir ki, Fransanın paytaxtı Parisdə əsrlər boyu siçanlarla təlatümlü münasibət olub.

Məsələ ilə bağlı Paris Bələdiyyəsinin səhiyyə üzrə vitse-prezidenti Anne Souyris maraqlı açıqlama verib. O bildirib ki, qurum parislilərlə siçanların birlikdə yaşamasının ən təsirli yolunu tapacaq.

Paris Bələdiyyəsinin yeni siyasəti 6 milyon siçanın yaşadığı şəhərdə bu gəmiricilərə qarşı görülən tədbirlərdən ciddi geri addım atmaq deməkdir.

Belə ki, şəhər hökuməti 2017-ci ildə siçovullarla mübarizə planı açıqlayıb. Layihəyə əsasən, hava keçirməyən zibil qutularına və siçanlar üçün tökülən zəhərli dərmanlara 1,8 milyon dollar xərclənib.

Qeyd edək ki, 14-cü əsrdə şəhər əhalisinin yarısının ölümünə səbəb olan bubon vəbasının yayılmasında əsas səbəbkar kimi görünən siçanlar 1870-71-ci illərdə Fransa-Prussiya müharibəsi zamanı Parisin mühasirəsində şəhər sakinlərinin aclıqdan ölməsinin qarşısını alıb.

QAZİLER.AZ

Diaspora