36,8 milyard dollarlıq brend dəyəri ilə “Porsche” ən qiymətli lüks markalar siyahısında zirvədəki yerdəki yerini qoruyub.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Alman idman avtomobil istehsalçısı, artıq 6-cı ildir ki, beynəlxalq marka qiymətləndirmə agentliyi “Brand Finance”in 2023-cü il reytinqində birinci yeri tutur.
Ən qiymətli lüks brendlər siyahısında ikinci yeri 26,3 milyard dollar dəyərində olan “Louis Vuitton” tutub.
Brendinin qiyməti 7,4 milyard olan Ferrari isə 10-cu yerdədir.
4,1 milyard dollar dəyərində olan Lamborghini sürətlə böyüyən brend olub. Brend bir il ərzində 30-cu yerdən 18-ci yerə yüksəlib.
QAZİLER.AZ