Hindistanın Manipur əyalətində Meitei icmasının "planlı qəbilə" kateqoriyasına daxil edilməməsi səbəbiylə başlayan qarşıdurmalarda həyatını itirənlərin sayı 110-a yüksəlib.
Qaziler.az bildirir ki, Hindustan Times qəzetinin xəbərinə görə, dünən axşam saatlarında silahlı şəxslərin Agijang şəhərinə basqın etməsi nəticəsində qarşıdurma baş verib.
Polis qarşıdurmada 9 nəfərin həyatını itirdiyini, 10 nəfərin yaralandığını açıqlasa da, əyalətdə zorakılıqlarda ölənlərin ümumi sayı 110-a yüksəldiyi bildirilir.
Polis rəisi K Şivakanta Sinq təhlükəsizlik qüvvələrinin əraziyə gəldiyini və hadisələrin nəzarət altına alındığını, yaralıların isə xəstəxanaya aparıldığını bildirib.
Ştat hökumətinin rəsmi məlumatlarına görə, Manipurda zorakılıqlar səbəbindən indiyədək 47 mindən çox insan didərgin düşüb, yüzlərlə ev dağıdılıb.
mənbə: TRThaber
QAZİLER.AZ