Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu Putini danışıqlara məcbur edə bilər - Stoltenberq

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu Putini danışıqlara məcbur edə bilər - Stoltenberq backend

Stoltenberq güman edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu Putini danışıqlara məcbur edə bilər.

Əks-hücum nəticəsində Ukrayna ərazilərinin işğaldan azad edilməsi Rusiya diktatoru Vladimir Putinin sülh danışıqlarına getməsinə səbəb ola bilər.

RBC-Ukrayna "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, ukraynalı müdafiəçilərin "çətin olacaq" əks-hücumları yeni başlayır. Eyni zamanda,  hansı ərazilərin işğalçılardan azad ediləcəyi hələlik bəlli deyil.

"Onların haqları var...öz torpaqlarını azad etsinlər. Onlar nə qədər çox torpaq azad etsələr, prezident Putin o qədər tez anlayacaq ki, o, danışıqlar masasına əyləşməli və Ukraynada ədalətli və davamlı sülhə razılaşmalıdır".

QAZİLER.AZ

Diaspora