Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya 325 milyon dollar dəyərində silah və texnika daxil olacaq.
Qaziler.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bu təhlükəsizlik yardım paketinə kritik hava hücumundan müdafiə vasitələri, əlavə HIMARS sursatları, artilleriya mərmiləri, tank əleyhinə silahlar, zirehli maşınlar və döyüş meydanında Ukrayna qüvvələrini gücləndirmək üçün lazım olan digər avadanlıqlar daxildir”, - deyə rəsmi şəxs bildirib.
QAZİLER.AZ