Britaniyada əsgərlər yanacaq xərclərinə görə evlərinə gedə bilmir

Britaniyada əsgərlər yanacaq xərclərinə görə evlərinə gedə bilmir backend

İngiltərədə əsgərlərin və ailələrinin qiymət artımı səbəbindən ucuz qida və ərzaq yardımı satan ərzaq banklarından alış-veriş etdiyi üzə çıxıb.

Qaziler.az xəbər verir ki, “Sky News”un istinad etdiyi mənbələrə görə, ehtiyacı olan mülki insanlara kömək etmək üçün Linkolnşirdəki “Coningsby” aviabazasında hərbi personal tərəfindən qeyri-rəsmi ərzaq bankı da açılıb.

Ancaq artan inflyasiya və qiymət artımları səbəbiylə Typhoon Eurofighter təyyarələrinin yerləşdiyi Coningsbydəki ərzaq bankından dolanmaqda çətinlik çəkən əsgərlər ehtiyaclarını qarşılamağa başlayıblar.

Məlumatlarda o da bildirilib ki, əsgərlər yemək və yanacaq arasında seçim etməli olublar.

Onların bəzilərinin hərbi bazadan evə getməyə belə imkanı olmadığı, qadın əsgərin isə son pulunu uşaq yeməyinə xərclədiyi qeyd edilib.

Bundan əlavə, adı açıqlanmayan bir xeyriyyə təşkilatı əsgərlərə maddi dəstək üçün müraciətlərin iki dəfə artdığını bildirib.

QAZİLER.AZ

Diaspora