“Nüvə silahından istifadə etməkdən çəkinən deyilik” - Lukaşenko

“Nüvə silahından istifadə etməkdən çəkinən deyilik” - Lukaşenko backend

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinə qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini vurğulayıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Minsk vilayətində işgüzar səfərdə olan Lukaşenkoya Rusiyanın taktiki nüvə silahlarının niyə Belarus ərazisinə yerləşdiriləcəyi soruşulub.

"Bu, niyə lazımdır? Bəzi əclaflar bir ayağını belə olsun Belarus torpaqlarına basmasın deyə" cavabını verən Lukaşenko, Belarusa hücum zamanı nüvə silahından istifadə edilə biləcəyini vurğulayıb.

Hücum olacağı təqdirdə nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini vurğulayan Lukaşenko, "Dərhal cavab veriləcək. Bunu əvvəllər də dəfələrlə demişəm", - deyə vurğulayıb.

Belarus ərazisinə yerləşdiriləcək taktiki nüvə silahlarının gücünə diqqət çəkən Lukaşenko, "Belə silahlara sahib olan bir ölkə ilə döyüşmək istəyəcəklərini düşünmürəm. Bunlar çəkindirici silahlardır" sözlərinə əlavə edib.

QAZİLER.AZ

Diaspora