FTB-nin hazırladığı izləmə siyahısında olanların böyük əksəriyyətinin müsəlmanlar olduğu müəyyən edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, ABŞ-da müsəlmanların hədəf alındığını göstərən təfərrüatlar ortaya çıxıb. Bu, Amerika-İslam Münasibətləri Şurasının (CAIR) dərc etdiyi hesabatda öz əksini tapıb.
Hesabatda, FTB-nin izləmə siyahısının 2019-cu il versiyası isveçrəli haker tərəfindən təsadüfən ələ keçirilib. FTB məlumat bazasında yalnız "Məhəmməd" və "Əli" adlarının fərqli tələffüzlə 350 min dəfədən çox xatırlandığı bildirilən hesabatda ən çox adı çəkilən ilk 50 adın hamısının müsəlman adları olduğu qeyd edilib. .
Hesabatda tədqiq edilən izləmə siyahısı verilənlər bazasındakı 1,47 milyondan çox məlumatın, yəni 98 faizdən çoxunun müsəlmanlara aid olduğu vurğulanıb.
FTB-nin gizli izləmə siyahısının 20 ildir müsəlman cəmiyyətinə sıxıntı və qorxu gətirdiyinə diqqət çəkən hesabatda bu ifadələr yer alıb:
“Fəqət FTB-nin növbəti hədəfi müsəlmanlar olmayacaq. Terrorla müharibənin dumanının aradan qalxması ilə FTB-nin məxfi siyahısı bir gün yeni bir hədəf tapacaq. Növbəti hədəflər amerikalı dostlarımız olacaq və bu hesabat onlara xəbərdarlıq xarakteri daşıyır”.
QAZİLER.AZ