İordaniya ordusu Suriyadan narkotik vasitələrin pilotsuz uçuş aparatı (PUA) ilə ölkəyə daşınması cəhdinin qarşısının alındığını açıqlayıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Suriyadan gələn dron ölkənin şimal sərhədini keçməyə cəhd edərkən məhv edilib.
İordaniyanın rəsmi qurumu PETRA-nın hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, sərhədçilərin bölgədəki təhlükəsizlik və hərbi birləşmələrlə birlikdə Suriya ərazisindən İordaniyaya dronla narkotik keçirməyə cəhd göstərildiyi bildirilib.
İordaniya torpağına düşən pilotsuz təyyarədə 500 qram narkotik maddənin ələ keçirildiyi bildirilib.
İordaniya sərhəd qonşuları Suriya və İraqda təhlükəsizlik durumunun pis olmasından dolayı tez-tez qaçaqmalçılıq cəhdlərinə səhnə olur.
QAZİLER.AZ