Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun əlində olan Almaniya istehsalı “Leopard” tankını və ABŞ istehsalı “Bradley” zirehli maşınını ələ keçirdiklərini açıqlayıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, nazirliyin sosial media hesabından edilən açıqlamada ələ keçirilən “Leopard” tankı və “Bradley” zirehli döyüş maşınının görüntüləri paylaşılıb.
"Ələ keçirilən zirehli texnika Qərb istehsalıdır. Almaniyanın "Leopard" tankı və ABŞ istehsalı olan "Bradley" zirehli döyüş maşınları... İndi bunlar bizim qənimətlərimizdir", - məlumatda deyilib.
Hərbi zirehli texnikanın mühərriklərinin işlədiyinə diqqət çəkən açıqlamada Ukrayna əsgərlərinin nəqliyyat vasitələrini tərk edərək qaçdığı bildirilib.
QAZİLER.AZ