Kiyev Moskvadan 50 mlrd dollar tələb edəcək

Kiyev Moskvadan 50 mlrd dollar tələb edəcək backend

Ukrayna Krıma və Donbasa görə Rusiyadan çoxmilyardlıq kompensasiya tələb edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.

“Söhbət milyardlarla dollar həcmində olan məbləğlərdən gedir. Bu məbləğlər müxtəlif iddialar əsasında irəli sürüləcək. Düşünürəm ki, nəticədə bəzi iddialar üzrə məbləğ həcminə görə “Yukos işi” ilə bərabərləşəcək”, deyə Klimkin bildirib. “YUKOS”un sabiq sərmayəçilərinin Rusiyadan 50 mlrd dollar kompensasiya tələb etdiyi vurğulanır.

Klimkinin sözlərinə görə, Kiyevdə itirilmiş təbii sərvətlər də daxil olmaqla artıq dəyən zərərin hamısı hesablanıb.
Diaspora