Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putini Kreml üçün mühüm bayram olan Rusiya Günü münasibətilə təbrik edib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Rusiya Federasiyasında iyunun 12-si şənliklə qeyd olunur. Vaşinqton da bu bayramı qeyd edib. Yerli fəallar Rusiya səfirliyinin binasını Ukrayna bayrağının rəngləri ilə işıqlandırıblar.
Xüsusilə interaktiv Ukrayna bayrağı fonunda “Slava Ukraini!” ifadəsi seçilib.
Həmçinin departamentin fasadında Ukrayna xalqının soyqırımına son qoyulmasına və müharibə zamanı Rusiya tərəfindən zorla çıxarılan uşaqların Kiyevə qaytarılmasına çağıran şüarlar səsləndirilib.
QAZİLER.AZ